- Baxış sayı: 46
- 13 İyun 2025 16:49
- Baxış sayı: 131
- İyun 15, 2025
- 0
Formula1-in yeni rəhbəri Çeyz Keri yaxın gələcək planlardan danışıb. Allsport.az saytı xəbər verir ki, çempionatın inkişafı zamanı keyfiyyətin kəmiyyətdən üstün olması prinsipinə riayət edilməlidir. F-1.az-a görə, “Liberti Media”nın başçısı hazırda yarış sayının 25-ə yüksəldilməsinin müzakirə edilmədiyini deyib:
“Biz heç vaxt bunu təklif etməmişik. Yalnız ABŞ-da (Nyu Yorkda və ya Mayamidə) daha bir yarışın keçirilməsini müzakirə etmişik. Amma 25, 23 və ya 22 yarışın keçirilməsi hazırda real deyil və bu barədə danışıqlar getmir. Hazırda bütün diqqətimizi sahib olduğumuz 21 yarışın daha maraqlı alınmasına yönəltmişik”.