Ciddə trasının fəxri kürsüsündə yenə eyni sürücülər

Formula-1 dünya çempionatının 2-ci mərhələsi Səudiyyə Ərəbistanında keçirilib. 

Allsport.az saytı xəbər verir ki, 6174-metrlik Ciddə avtodromunda 50 dövrənin yekununda “Red Bul“dan Serxio Peres hamını qabaqlayıb. Meksikalı sürücü 1 saat 21:14.894 saniyə vaxt sərf edib.

Onun komanda yoldaşı Maks Ferstappen finişə 2-ci çatıb. İlk üçlüyü yenə “Aston Martin“dən Fernando Alonso qapayıb.

Növbəti ötüşmə 2 həftə sonra Avstraliyanın Melbrun avtodromunda olacaq. Pilotlar 5278-metrlik trasda 58 dövrə vuracaqlar.

Həmin kateqoriyadan