Ciddə yarışının ən sürətli pit stop sahibi

Allsport.az saytı xəbər verir ki, keçən həftə Səudiyyə Ərəbistanı yarışı başa çatıb. Ciddə trasında keçirilən mərhələdə “Ferrari” komandası fərqlənib. İtaliya təmsilçisi “DHL ən sürətli pit stop mükafatı”nı qazanıb. Onlar 16-ci dövrədə Şarl Leklerın bolidinin şinlərini 2.1 saniyə ərzində dəyişib.

Hələlik bu nəticə mövsümün ən sürətlisi hesab olunur. İtaliya komandasının mexanikləri ardicil 2-ci qran-pri hamıdan yaxşı nəticə göstəriblər. Yarış boyu bütün komandalar ümümilikdə 24 pit stop yerinə yetirib.

Onların slrasında ən uzun sürən isə 1-ci dövrədə “Maklaren” in pilotu Oskar Piastriyə məxsusdur. Onun bolidinin ön qanadı mexaniklər tərəfindən dəyişdirilib.

Həmin kateqoriyadan