Çingiz Hüseynzadə: Ədalətli oyunlar komissiyası bu prinsiplərə sadiq insanları daim həvəsləndirir

Milli olimpiya komitəsində ümumdünya ədalətli oyun günü ilə bağlı tədbir keçirildi. Allsport.az saytı xəbər verir ki, toplantıda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

O, ədalətli oyunlar komissiyası hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, ədalətli oyun prinsiplərini təbliğ etmək və bu prinsiplərə sadiq insanları həvəsləndirmək məqsədilə ilin sonunda, eləcə də müxtəlif yarışlarda 6 nominasiya üzrə mükafatlar təsis etdiyini bildirdi.

Bundan başqa, gənc nəslin diqqətini cəlb etmək məqsədilə bir sıra tədbirlərin təşkil oluduğunu diqqətə çatdırdı.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish