Çingiz Hüseynzadə: Milli olimpiya komitəsinin 30-illik yubileyi noyabrda qeyd olunacaq

Milli olimpiya komitəsinin 30-illik yubileyinə həsr olunmuş idman filmləri və proqramları milli televiziya festivalı ilə bağlı mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

O, Avropa olimpiya komitəsinin tədbirlər siyahısında bu yubileyin də salındığını deyib. MOK-un əlamətdar gününə beynəlxalq olimpiya komitəsinin rəsmilərinin də qatılacağı gözlənilir.

Çingiz Hüseynzadə yubileyin dəqiq tarixinin yaxın vaxtlarda müəyyənləşəcəyini də bildirib. “Rəsmi tədbirin noyabrın 10-12 aralığında baş tutacağını proqnozlaşdırırq”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish