ÇL-da təyinatlar bilindi

Çempionlar liqasının 1/8 final mərhələsinin martın 11-də keçiriləcək 4 cavab oyunu üçün hakim təyinatlarının siyahısını açıqlanıb.

Allsport.az xəbər verir ki, “Barselona” – “Benfika” matçını Fransua Leteksiyerin rəhbərlik etdiyi fransalı hakimlər briqadası idarə edəcək.

Rumıniyalı İstvan Kovaç “Liverpul” – PSJ matçına təyinat alıb.

“İnter” – “Feyenoord” matçını slovakiyalı baş hakim İvan Krujlyak idarə edəcək.

“Bayer Leverkusen” – “Bavariya” qarşılaşmasında sloveniyalı Slavko Vinçiç çalışacaq.

Həmin kateqoriyadan