- Baxış sayı: 73
- 30 Sentyabr 2024 11:57
- Baxış sayı: 42
- Dekabr 01, 2024
- 0
Avstriyanın “ComplexCore+ şirkətinin rəhbər şəxsləri Roman Yahoda və Tomas Taro Netzer oktyabrın 8-dən etibarən, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının tələbələri, eləcə də bədən tərbiyəsi və idman, fizioterapiya və reabilitasiya sahələrində çalışan şəxslər üçün silsilə təlimlər keçirlər.
Allsport.az saytı xəbər verir ki, bu gün “ComplexCore+” şirkətinin təlimçiləri tərəfindən “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə bakalavriat səviyyəsinin tələbələri üçün “Əzələ funksiyasının qiymətləndirilməsinə giriş” mövzusunda, magistratura səviyyəsinin ”Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat” və “İdman tibbi və reabilitasiya” ixtisaslaşmaları üzrə təhsil alan tələbələr üçün isə “Hərəkətlərin amplitudası: mobillik və elastiklik” mövzusunda praktiki təlimlər keçilib.
Tələbələr təlimlərdə yüksək maraqla iştirak ediblər. ”Laktat diaqnostikası” mövzusunda təlim isə akademiyanın elmi-tədris laboratoriyasının işçi heyəti üçün həyata keçirilib.