• Ça. İyl 5th, 2022

“Çox istərdim ki, Faiq Qarayev yenidən millinin baş məşqçisi olsun”

Apr 17, 2022

Azərbaycan voleybol federasiyasının idman zalında XII turun oyunları keçirildi. Allsport.az saytı xəbər verir ki, çempionatın son görüşündə gümüş mükafatı daha öncə özünə təmin edən “Azərreyl“ komandası UNEC üzərində növbəti qələbəsini qazandı. Klubun və millinin liberosu Yuliya Kərimova oyundan sonra allsport.az saytına açıqlama verdi:

“Klubumuzun məqsədi çempionatı 1-ci yerdə başa vurmaq idi, lakin nəticə etibari ilə rəqib bizdən daha güclü oldu. “Abşeron“un oyunçuları gənc və daha taktikalıdılar. Yerli çempionatımız çox təssüflər olsun ki, zəif olduğundan milli komanda ilə müqayisə olunmazdır.

Böyük turnirlərdə çıxış etməyin təcrübəsi ölkə çempinatından çox fərqlənir. Yerli çempionatımızda yalnız 4 klub var. Növbəti vəzifəmiz millinin oyunlarına yaxşı hazırlaşmaqdır. Çox istərdim ki, Faiq Qarayev yenidən millinin baş məşqçisi olsun”.

Aynur MEHDİYEVA

AllEscortAllEscort