“Çox məyus və qəzəbliyik”

“Milan”ın baş məşqçisi Serxio Konseysao “Feyenoord”la cavab oyununda (1:1) heç-heçədən sonra komandasının çempionlar liqasını tərk etməsini şərh edib.

Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “rossoneri”nin Niderland klubuna iki görüşün nəticəsində 1:2 hesabı ilə uduzması haqda bunu deyib:
“Məğlubiyyətə görə cavabdeh mənəm, Teo Ernandes yox. Çox məyus və qəzəbliyik, çünki daha güclü olduğumuzu bilirdik və bu matça qalib gəlmək üçün çıxmışdıq. Bir neçə dəfə ikinci qolu vurmaq üçün fürsətlərimiz oldu, amma bunu edə bilmədik”.

Həmin kateqoriyadan