- Baxış sayı: 30
- 12 Dekabr 2024 23:47
- Baxış sayı: 100
- Dekabr 11, 2024
- 0
Avropa liqasında əsas mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ” səfərdə “Budo/Qlimt”i (Norveç) məğlub edib – 2:1.
Allsport.az xəbər verir ki, oyundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov açıqlamasında görüş barədə fikirlərini bildirib:
“İlk olaraq futbolçularımı təbrik edirəm. Meydança və hava amili, eləcə də uzun səfər və ilk üç oyunda məğlubiyyət istər-istəməz təsir edirdi. Amma matçdan əvvəl söhbətimiz oldu ki, uğur qazana bilərik. Futbolçularım sağ olsunlar, meydandakı hərəkətləri, mübarizələri ilə qələbə qazandılar. Çox yaxşı komandaya qalib gəldik. “Budo/Qlimt”in oyun dəst-xəttinin, Norveç futbolunun inkişafda olmasının bu gün də canlı şahidi olduq”.
Baş məşqçi Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib və belə bir gündə qalibiyyətin onlar üçün vacib olduğunu söyləyib: “Zəfər günündə, bəlkə də, bütün Azərbaycan oyunumuza baxırdı və bizdən qalibiyyət gözləyirdi. Şükürlər olsun, futbolçularım belə bir zəfər əldə etdilər. Bütün azarkeşlərimizi, rəhbərliyi təbrik edirəm. Amerikadan bura gələn azarkeşlərimizə də təşəkkür edirəm. Onlar bizim bütün matçlarımızda iştirak edirlər”.