“Cüdo-2012” klubu yenə fərqləndi

21 yaşa qədər cüdoçuların ölkə birinciliyinin qızlar və oğlanlar arasında komanda yarışları keçirilib.

Allsport.az xəbər verir ki, FHN-nin idman sağlamlıq mərkəzində keçirilən yarışda qızlar arasında 3 komanda, oğlanlar arasında isə 5 komanda kubok uğrunda mübarizə aparıb.

Qızların yarışında 52 kq, 57 kq, 63 kq, 70 kq və +70 kq çəkilərdə, oğlanların yarışında 66 kq, 73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində ümumilikdə 55 cüdoçu gücünü sınayıb.

Qızların yarışında qalib “Cüdo-2012” komandası olub. Gümüş medala Abşeron-Xızı regionunun komandası sahib çıxıb.

Oğlanların yarışda çempionluğu “Cüdo Klub-2012” qazanıb. “Azəri-Cüdo” İK ikinci, “Atilla” İK üçüncü yeri tutub.

Həmin kateqoriyadan