ACF idman təşkilatlarının lisenziyalaşdırılmasını həyata keçirir

Cüdo federasiyasının icraiyyə komitəsinin avqustda təsdiq etdiyi “İdman təşkilatlarının lisenziyalaşdırılması üzrə qaydalar”a uyğun olaraq ölkədə fəaliyyət göstərən idman klubları, cəmiyyətləri və təşkilatlarının lisenziyalaşdırılması prosesinə start verilib. Allsport.az saytı xəbər verir ki, ilkin mərhələdə qayadalara əsasən tələb edilən sənədlər paketini tam şəkildə təqdim edən və qaydalarda müəyyən edilən meyarlara uyğun olan 21 idman təşkilatına ACF-in lisenziyalaşdırma üzrə orqanının qərarına əsasən 5 (beş) il müddətinə müvafiq lisenziya verilib.

Bu münasibətlə 26 dekabr 2022-ci ildə keçirilən tədbirdə ACF-in baş katibi Rəşad Rəsullu idman təşkilatlarına müvafiq lisenziyaları təqdim edib. O bildirib ki, klubların və cəmiyyətlərin lisenziyalaşdırılmasının əsas məqsədi, Azərbaycanda cüdonun bütün aspektlərinin stimullaşdırılması, daha təkmilləşdirilməsi ilə yanaşı, idman təşkilatlarının idarəetmə səviyyəsinin inkişaf etdirilməsi və resurslardan effektiv istifadənin təmin edilməsidir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish