Cüdo federasiyasının yenilənmiş rəsmi internet səhifəsinin təqdimatı oldu

Bu gün Azərbaycan cüdo federasiyasının yenilənmiş (www.judo.az) saytının təqdimatı oldu. Allsport.az saytı xəbər verir ki, ölkə cüdosunun əsas internet resursu olan sayt müasir tərtibat, təhlükəsizlik və istifadəçi rahatlığı standartlarını əsas tutmaqla yenidən hazırlanıb. Eletron səhifədə bu idman növü haqqında ümumi məlumat, həmçinin bu idman növünün dəyərləri, qaydaları və terminləri barədə geniş məlumat əldə etmək mümkündür.

Bundan savayı, həm xarici, həm də yerli yarışların interaktiv qaydada əks olunan təqvimi mövcuddur. Onlayn resurs vasitəsilə həmin yarışların canlı yayımı da həyata keçiriləcək. Saytda Azərbaycan cüdosu barədə bütün xəbərlər və multimedia resursları operativ şəkildə əks etdirilir. Milli yığmaların performans, məşqçi, tibbi və digər dəstək heyətləri, milli yığma üzvləri olan cüdoçular, hakimlər və yarışların nəticələrini əks etdirən protokollar haqqında informasiyanı istifadəçilər saytdan əldə edə bilərlər.

Judo.az-da, həmçinin ACF-nin rəhbərliyi və əməkdaşları, rəsmi sənədləri barədə müvafiq məlumatlar verilib. Vətəndaşların sayt vasitəsilə ACF rəhbərliyinə müraciəti üçün imkan yaradılıb. Saytın “Şərəf lövhəsi” bölümündə Azərbaycan cüdosunda önəmli nailiyyətləri olan cüdoçularımız haqqında xəbərlər yerləşdirilib. Sayt sıfırdan qurulub və bu ilin yanvarından hazırlanmağa başlanılıb.

ACF-in baş katibi Rəşad Rəsullu bildirdi ki, portalda təkmilləşmə olacaq. Buna ölkədəki cüdo idman klubları və idman təşkilatları haqqında rayonlar, şəhərlər və bölgələr üzrə məlumatların yerləşdirilməsi, klubların onlayn lisenziyalaşdırılması və bir çox digər proseslərin rəqəmsallaşdırılması daxildir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish