Cüdo komandamız hərbçilərin dünya oyunlarında bürünc medal qazanıb

Oktyabrın 3-də Koreyanın Munqyeonq şəhərində hərbçilərin 6-cı dünya oyunlarının ilk günü keçirilib. Allsport.az saytı xəbər verir ki, komanda yarışında Azərbaycanın usta cüdoçularda ibarət yığması bürünc medal qazanıb.

Kişi və qadın komandaları arasında cəmi iki dəst medal oynanılıb. Hərbiçilərin Dünya Oyunlarında millimizi Vüqar Şirinli (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq), Tural Safquliyev (90 kq) və Elmar Qasımov təmsil edirlər.

Birinci günün yekununa əsasən, kişilər və qadınlar arasında ümumi komanda yarışında Braziliya seçməsi qalib gəlib.

Həmin kateqoriyadan