Cüdo məşqçiləri üçün ilk tibbi yardım

Cüdo federasiyasının təşkilatçılığı ilə cüdo məşqçiləri üçün ilk tibbi yardım təlimi təşkil edilib. Allsport.az xəbər verir ki, 4 gün ərzində davam edən təlim proqramında müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından 80-ə yaxın məşqçi iştirak edib.

Təlimin əsas məqsədi məşqçilərə hər hansı zədə almış idmançıya həkimlərin köməyi təmin edilənə qədər ilk tibbi yardımın göstərilməsini izah etmək və onların bu sahədəki bilik və bacarıqlarını artırmaqdır. Təlim zamanı məşqçilərə müxtəlif ilk tibbi yardım üsulları nümayiş etdirilib, onları maraqlandıran suallara ətraflı cavab verilib.

Təlimdə uğurla iştirak edən məşqçilərə müvafiq beynəlxalq sertifikat təqdim olunacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish