Cüdo millisinin dünya çempionatı üçün heyəti

6-13 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə dünya çempionatı keçiriləcək. 

Allsport.az saytı xəbər verir ki, bu yarışda Azərbaycanı 11 idmançı təmsil edəcək. Komandalara fiziki hazırlıq üzrə direktor Mark van der Ham, kişilərdən ibarət millinin baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçilər Mövlud Mirəliyev, Elçin İsmayılovMehman Əzizov, fiziki hazırlıq üzrə təhlilçi Zaur Babayev rəhbərlik edəcəklər. 

Heyətə qadınlarda Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), kişilərdə Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi – 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) daxil ediliblər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish