Cüdoçular qitə kubokunda 5 medal qazandı

Antalyada keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku başa çatıb. 

Allsport.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan idmançıları bir gümüş və bir bürünc medalla yadda qalıblar.

Oğlanlar arasında 73 kq çəkidə Ayxan Həsənli gümüş medalın sahibi olub. 90 kq çəki dərəcəsində tatamiyə çıxan Səid Qurbanlı isə bürünc medala yiyələnib. 

İlk yarış günündə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova və Röyal Qayıbov isə bürünc medal qazanmışdı. Beləliklə, Avropa kubokunu 5 medalla (2 gümüş və 3 bürünc) başa vuran Azərbaycan millisi ümumi komanda hesabında 24 ölkə arasında 7-ci yeri tutub.

Həmin kateqoriyadan