- Baxış sayı: 61
- 24 Mart 2023 18:50
- Baxış sayı: 96
- Mart 26, 2023
- 0
Bu gün Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürəcək. Allsport.az xəbər verir ki, ilk yarış günündə milli komandamızın 8 idmançısı mübarizəyə qoşulacaq.
Kəramət Hüseynov (60 kq) ilk görüşündə Pedro Nayr Qarsiya (Anqola) ilə, eyni çəkidəki Oruc Vəlizadə Dilmer Kalle (Peru) ilə üz-üzə gələcək.
Orxan Səfərov (66 kq) Denis Vieru (Moldova) ilə Nicat Şıxəlizadə (66 kq) isə İmad Bassu (Mərakeş) ilə qarşılaşacaqlar.
Aişə Qurbanlı (48 kq) 1/16 finalda Yeonju Oh (Cənubi Koreya) ilə, Leylа Əliyeva isə 1/32 finalda Luz Alvareslə (Kolumbiya) görüşəcək.
Gültac Məmmədəliyeva (52 kq) 1/32 finalda belçikalı Rihöllə (Belçika) üz-üzə gələcək.