- Baxış sayı: 32
- 14 Oktyabr 2024 10:45
- Baxış sayı: 61
- Oktyabr 11, 2024
- 0
Azərbaycanın 6 cüdoçusu Fransanın paytaxtı Parisdəki böyük dəbilqədə mübarizəyə başlayıb.
Allsport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev Jolan Florimont (Fransa) və Genki Koguya (Yaponiya) qalib gələrək yarımfinala yüksəlib.
O, finala gedən yolda Sumiyabazar Enkhtaivanla (Monqolustan) üz-üzə gələcək.
66 kq-dakı İsmayıl İbrahimov 1/16 final mərhələsində Robin Korradoya (Fransa) uduzub. Eyni çəkidəki İbrahim Əliyev Xuan Ernandesi (Kolumbiya) mübarizədən kənarlaşdırsa da, Valid Khyara (Fransa) yenilib.
Hidayət Heydərov (73 kq) Enzo Gibelli (Fransa) və Aleksandr Gablerdən (Almaniya) güclü olub. O, 1/4 finalda Somon Mahmadbekovun müqavimətini qıra bilməyib. Heydərov təsəlliverici görüşdə Denis Yatsevlə (Rusiya) güləşəcək. Eyni çəkidəki Telman Vəliyev David Limaya (Braziliya) qalib gəlib, lakin 1/8 finalda Aleksandru Raicuya (Rumıniya) məğlub olub.
Qadın cüdoçu İçinxorlu Muntsxedev 1/16 final mərhələsində Seija Ballhausu (Almaniya) üstələsə də, Priscilla Gnetoya (Fransa) uduzaraq medalsız qalıb.