- Baxış sayı: 39
- 29 Sentyabr 2023 23:51
- Baxış sayı: 39
- Sentyabr 29, 2023
- 0
“Səbail” cənubi azərbaycanlı müdafiəçisi Peyman Keşavarz ilə yollarını ayırıb. Allsport.az xəbər verir ki, futbolçu ilə klub arasndakı müqaviləyə vaxtından əvvəl xitam verilib.
Keşavarz 2020-ci ilin yanvarından paytaxt təmsilçisində çıxış edirdi. O, bu komandanın heyətində iki mövsüm ərzində 20 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.