Daha 5 şəhərdə yeni ağırlıqqaldırma zalı istifadəyə verilib

Goranboy olimpiya idman kompleksinin nəzdində, Gəncə şəhərində, Azərbaycan dövlət aqrar universitetinin nəzdində, eləcə də Samuxda ağırlıqqaldırma zalları istifafəyə verilib. Allsport.az saytı xəbər verir ki, açılışda gənclər və idman naziri Fərid Qayıbov və milli olimpiya komitəsinin baş katibi Azər Əliyev və ağır atletika federasiyasının prezidenti İnam Kərimov iştirak ediblər.

Yeni istifadəyə verilən zallarda yaradılmış şəraitlə tanış olan qonaqlar idmançı və məşqçilərlə fikir mübadiləsi aparıblar. Söhbət zamanı regionlarda bu idman növünün inkişafının əhəmiyyəti və geniş təbliği xüsusi vurğulanıb.

Səfər çərçivəsində nazir Fərid Qayıbov Şəki şəhərində “Buta” məktəbəqədər təhsil müəssisəsində istifadəyə veriləcək ağırlıqqaldırma zalı və İsmayıllı şəhərində uşaq-gənclər şahmat idman məktəbinin nəzdində mövcud ağır atletika zalının fəaliyyəti ilə də tanış olub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish