Daha bir boksçu mərhələ adladı

Qazaxıstanın paytaxtı Astanada boks üzrə dünya kuboku davam edir. Allsport.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan komandasının daha bir idmançısı mərhələ adlayıb.

1/4 finalda Sübhan Məmmədov (50 kq) Səməd Gümüşlə (Türkiyə) qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Nəticədə boksçumuz adını yarımfinala vəsiqə qazanıb. O, bununla özü üçün ən azı bürünc medalı təmin edib. Məmmədov yarımfinalda qazaxıstanlı Səncər Daşqınbəylə üz-üzə gələcək. Görüş iyulun 5-də olacaq.

30 ölkədən 300-dək boksçunun qatıldığı dünya kubokunda 1/4 final mərhələsinin döyüşləri davam edir.

Həmin kateqoriyadan