- Baxış sayı: 56
- 20 İyul 2025 11:02
- Baxış sayı: 134
- İyul 20, 2025
- 0
Həftəsonu Xorvatiyanın Poreç şəhərində dünya seriyasının 2-ci mərhələsi keçiriləcək.
Allsport.az xəbər verir ki, iki gün davam edəcək yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında bu növdə 3-qat dünya çempionu olmuş İbrahim Yusubovla (90 kq) yanaşı, debütant Vüsal Əliyev (80 kq) çıxış edəcək.
Şənbə günü qrup mərhələsinin görüşləri keçiriləcək. Həlledici qarşılaşmalar bazar günü baş tutacaq. Görüşlər Bakı vaxtı ilə 12:00-da başlayacaq.
Dünya seriyası 5 mərhələdən ibarətdir. Yekunda bütün mərhələlər üzrə ən çox xal toplayan güləşçilər dünya çempionu ünvanına sahib çıxacaq.