Daha iki müqavilə

“Araz-Naxçıvan” müqaviləsi başa çatan iki futbolçu ilə yeni anlaşma imzalayıb.

Allsport.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun rəsmi saytı məlumat yayıb.

Nunu Rodriges və Ramon Maçado 2025/2026 mövsümündə də “qırmızı-ağlar”ın formasını geyinəcək. Hər iki futbolçu ilə müqavilə bir il müddətinə imzalanıb.

“Araz-Naxçıvan” buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov və Vanderson Melo ilə də yeni müqavilə imzalayıb.

Həmin kateqoriyadan