- Baxış sayı: 27
- 14 Noyabr 2024 23:46
- Baxış sayı: 53
- Noyabr 14, 2024
- 0
Premyer liqanın 2-ci turunda “Araz-Naxçıvan” – “Qəbələ” oyunundan (2:0) sonra, qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 43 yaşlı mütəxəssisin fikri ilə tanış edir:
“Bizi çətin oyunun gözlədiyini bilirdik. “Araz-Naxçıvan” çempionata yeni gəlsə də, ilk tur bu komandaya qarşı tam məsuliyyətlə və hörmətlə yanaşmağın lazım olduğunu göstərdi. Əfsuslar olsun ki, iki oyundur istədiyimiz nəticəni əldə edə bilmirik.
Çətin olacağını görürdük, amma bu qədərini təxmin etmirdik. Yeni qurulsaq da, toplanışda fərqli komanda idik. Sonrakı görüşlərdə dinamika azalıb və istədiyim tempi görmürəm. İnanıram ki, komanda toparlanacaq və daha yaxşı olmağa cəhd edəcəyik”.