- Baxış sayı: 66
- 27 Sentyabr 2024 17:25
- Baxış sayı: 81
- Oktyabr 10, 2024
- 0
“Red Bull”un sürücüsü Daniel Rikkardo Cin qran-prisində çox darıxdığını və bu üzdən avtomobilini Fettelin bolidinə çırpmaq qərarına gəlib. Allsport.az saytı xəbər verir ki, o, Şanxayda uzun müddət iki “Ferrari” sürücüsünü arxasında saxlayıb, amma Fettel xarici radiusla avstraliyalıya hücum edərək ötmək istərkən, Rikkardo maşınını almaniyalınkına vurub. Düzdür, bu qalmaqaldan sonra hər iki sürücü problemsiz yoluna davam edə bilib.
F-1.az xatırladır ki, Rikkardo azarkeşlərə həyəcan yaşatmaq üçün Fettellə təmas edib və bunun heç kəsə zərəri olmadığını detib: “Sözün açığı, yarışda bir az həyəcanlandım və bir az həyəcan qatmaq istədim. Oradakı təması bilərəkdən etmədim desəm, yalan olar. Bir az tüstü çıxarmaqdan heç kəsə zərər gəlməz. Azarkeşlər də həyəcanlandılar.
Birinci “SuperSoft” təkərləri işlətməkdə çətinlik çəkdim və rəqiblərimdən geridə qalmağa başladım. İkinci pit-stopdan sonra özümü yaxşı hiss etməyə başladım, amma artıq podium uğrunda mübarizə edirdik. Ümid edirəm ki, Bəhreyndə yaxşı nəticə alaram”.