Daşkəsəndə top komanda meydançalarının yenidənqurmadan sonra açılışı olub

Daşkəsəndə minifutbol, universal voleybol-basketbol meydançaları yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Allsport.az saytı xəbər verir ki, açılışda “AzerGold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov, Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev, Azərbaycan minifutbol federasiyasının prezidenti Taleh Nəsibov çıxış ediblər. Tədbir iştirakçıları 2-ci Vətən müharibəsi şəhidi Rauf Əsgərovun xatirəsinə Daşkəsən rayon məktəbləri arasında minifutbol turnirinin final qarşılaşmasını da izləyiblər.

Finalda qələbə qazanan A.Mürsəlov adına 2 saylı tam ora məktəbin komandası turnirin qalibi olub. Yarışda 2-ci və 3-cü yerləri isə müvafiq olaraq, Z.Bağırov adına Yuxarı Daşkəsən qəsəbə tam orta məktəbi və Ə.İsmayılov adına Quşçu kənd tam orta məktəbinin minifubol komandaları tutub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish