Davit Volkov 30-ci dəfə sevinib

“Sabah”ın futbolçusu Davit Volkov Azərbaycan çempionatında 30-cu qolunu vurub. Allsport.az saytı xəbər verir ki, gürcüstanlı legionçunun yubileyi 12-ci tura təsadüf edib.

O, “Qəbələ” ilə ev görüşündə komandasının qələbə topunu vurub (2:1). Premyer liqada 2019-cu ildə debüt edən hücumçu, 3 klubun heyətində fərqlənib.

Davit “Qəbələ”də 7, “Zirə”də 20, “Sabah”da 3 dəfə dəqiq olub. Onun ilk qolu 2019-cu il aprelin 14-də “Keşlə” – “Qəbələ” matçına (1:2) təsadüf edib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish