- Baxış sayı: 15
- 11 Noyabr 2025 17:35
- Baxış sayı: 147
- Noyabr 09, 2025
- 0

“Napoli”nin yarımmüdafiəçisi Kevin de Bruyne əməliyyat olunduğunu açıqlayıb.
Allsport.az xəbər verir ki, 34 yaşlı belçikalı futbolçu “A” seriyasının 8-ci turunda “İnter” üzərində 3-1 hesablı qələbə qazanılan oyunda zədələnib. Ona sağ budunda biseps bud əzələsinin cırılması diaqnozu qoyulub.
De Bruyne bu mövsüm İtaliya klubunda bütün yarışlarda 11 oyun keçirib, dörd qol vurub və iki məhsuldar ötürmə edib.