- Baxış sayı: 20
- 14 Noyabr 2024 17:28
- Baxış sayı: 30
- Noyabr 14, 2024
- 0
Millimizin baş məşqçisi Canni de Byazi İrlandiya millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında oyun haqda fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, təcrübəli mütəxəssis bunları deyib:
“Ümumi durum ürəkaçandır. Düzdür, zədəli oyunçularımız var, amma çalışacağıq ki, İrlandiyada itirdiyimiz 2 xalı bərpa edək.
Qətiyyən heç bir təzyiq yoxdur. 30 illik təcrübəm var. Təzyiqi xoşlayıram. 16 oyun keçirmişik, onun 13-ünü ölkədən kənarda oynamışıq. Bu, asan deyil.
Müəyyən inkişaf etmişik. Topu lazımsız qabağa vurmamalıyıq, rəqib duran toplarda təhlükəlidir, ona diqqət yetirməliyik”.