De Byazi: “Sonadək mübarizə aparacağıq”

Millimizin baş məşqçisi Canni de Byazi Avro-2024-dəki rəqiblərimizi dəyərləndirib. Allsport.az xəbər verir ki, o İtaliya mətbuatına müsahibəsində bunu deyib:

“Seçmə mərhələdə Belçika, Avstriya və İsveçin də yer aldığı çox çətin qrupda çıxış edəcəyik. Dördüncü səbətdən gəlmişik, az-çox Estoniya bizim səviyyəmizdə yığmadır. İstənilən halda sonadək mübarizə aparacağıq.

Əlimdə olan bütün şanslardan istifadə etmədən heç vaxt təslim olmuram. Əvvəlcə bəzi problemlər var idi, çünki mentaliteti bərpa etməliydik. Son vaxtlar isə hər oyunda qalib gəlirik. İnanıram ki, belə davam edəcəyik”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish