“Demək olar, bütün oyun diqtəmiz altında keçdi”

“Sabah” premyer liqasının 15-ci turunda səfərdə “Turan Tovuz”a 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Murad Musayev qələbəyə belə şərh verib:

“Çox çətin oyun oldu. Regionda oynamaq həmişə çətindir. Bununla yanaşı, meydançanın süni örtüklü olması da əlavə çətinlik yaradırdı. Komanda bu matçda xarakter nümayiş etdirdi. Demək olar, bütün oyun bizim diqtəmiz altında keçdi. Düzdür, bəzi çatışmazlıqlarımız var idi. Məsələn, qol vurduğumuz epizoddakı kimi daha cəld oynamalı idik.

Azarkeşlərimizə uzun yol qət edərək bura gəldiklərinə və bizə sonadək dəstək olduqlarına görə təşəkkür edirəm. Bundan əlavə, yerli azarkeşlərə də komandamıza göstərdikləri münasibətə görə öz minnətdarlığımı bildirirəm. Rəqibə gələcək oyunlarda uğurlar arzu edirəm “.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish