Dembele ən yaxşı seçildi

PSJ-nin hücumçusu Osman Dembele Liqa 1-də cari mövsümün ən yaxşı oyunçusu seçilib.

Allsport.az xəbər verir ki, 28 yaşlı futbolçu mövsüm ərzində ölkə çempionatında 28 oyunda 21 qol və 8 məhsuldar ötürmə müəllifi olub.

Fransada ilin ən yaxşı gənc futbolçusu adına Dembelenin komanda yoldaşı Desire Due layiq görülüb. Paris təmsilçisinin baş məşqçisi Luis Enrike isə ən yaxşı məşqçi olub. Mövsümün qapıçısı “Lill”dən Lukas Şevalye seçilib.

“Real Madrid”in üzvü Kilyan Mbappe xaricdə oynayan ən yaxşı fransalı olub.

Həmin kateqoriyadan