Sahil avarçəkməsi üzrə Avropa çempionu! Diana Dimçenko bu növdə uğur qazanan ilk idmançımızdır!

İspaniyanın San Sebastyan şəhərində sahil avarçəkməsi üzrə Avropa çempionatında 4000 metr məsafəyə yürüşlərin qalibləri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, bizdən Diana Dimçenko mübarizəyə yarımfinal mərhələsindən başlayıb. O bu mərhələdə ən yaxşı nəticəni göstərib: 22 dəqiqə, 56.72 saniyəyə

“Baku” avarçəkmə klubu üzvü finalda da uğurlu çıxış edib. Təmsilçimiz ən yaxın rəqibi, ispaniyalı Qonzales Karotanı 5 saniyə qabaqlayaraq, sahil avarçəkməsi üzrə Avropa çempionu adını qazanıb. O bu proqramda sözü gedən uğura yetişən ilk idmançımızdır.

Xatırladaq ki, Diana Dimçenko Uelsin Pembrukşir şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə sonuncu dünya çempionatında Azərbaycan bayrağı altında gümüş medal qazanıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish