- Baxış sayı: 133
- 13 Fevral 2026 23:16
- Baxış sayı: 233
- Fevral 13, 2026
- 0

Kişi həndbolçuların Azərbaycan çempionatının final mərhələsi davam edir.
Allsport.az xəbər verir ki, yarışın növbəti günündə V-VI yerlər uğrunda mübarizə aparan “İdman Akademiyası” və “Dinamo” komandalarının görüşü maraqla gözlənilirdi. “AHF Arena”da keçirilən oyun gərgin mübarizə ilə yadda qalıb. Fasiləyə 17:15 hesablı üstünlüklə yollanan dinamoçular ikinci hissədə də təşəbbüsü əldən verməyiblər. “İdman Akademyası” məğlubiyyətdən qurtulmağa çox çalışsa da, istəyini reallaşdıra bilməyib. Görüş “Dinamo”nun 35:30 hesablı qələbəsi ilə nəticələnib.
Turun “Təhsil” – “Gənclər Birliyi” matçında isə daha inamlı oyun nümayiş etdirən nominal ev sahibi qələbə qazanıb – 38:24.