- Baxış sayı: 41
- 06 Oktyabr 2024 23:13
- Baxış sayı: 93
- Oktyabr 06, 2024
- 0
Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda 1-ci divizionun son – 27-ci turun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Kəpəz” – “Sabah-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur;
“Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda “Qarabağ-2” komandasının futbolçusu Musa Musazadə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, komanda 20 manat cərimələnir;
“Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda “Qarabağ-2” komandası oyun protokolunu gecikdirdiyi üçün 80 manat cərimələnir;
“Qaradağ Lökbatan” klubu oyun protokolunda adı qeyd olunmayan futbolçunu meydançaya buraxdığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir, 400 manat cərimələnir;
“Zaqatala” – “Neftçi-2” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
“Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.