- Baxış sayı: 65
- 05 Dekabr 2025 15:00
- Baxış sayı: 221
- Dekabr 05, 2025
- 0

Rusiyalı fiqurlu konkisürən Yevgeni Semenenko zədələnib.
Allsport.az xəbər verir ki, bu barədə onun məşqçisi Aleksey Mişin bildirib:
“O, sentyabrın 9-da dizindən zədə alıb və indi konki sürə bilmir”.
22 yaşlı Semenenko iki dəfə Rusiya çempionatının qalibi olub. O, 2025-ci il milli çempionatında bürünc medal qazanıb.