- Baxış sayı: 38
- 01 Dekabr 2023 23:41
- Baxış sayı: 47
- Dekabr 01, 2023
- 0
Almaniya ikinci Bundesliqasında 18-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – “Karlsrue” də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Qroyter Fyurt” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 1:0 hesablı qələbəyə sevinib. Nazarov bu görüşün 65-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, “Karlsrue” hazırda 22 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.