- Baxış sayı: 33
- 20 İyul 2025 12:05
- Baxış sayı: 133
- İyul 20, 2025
- 0
Gənclər və idman nazirliyi ilə Azərbaycan kanoe və avarçəkmə federasiyasının birgə təşəbbüsü əsasında dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.
Allsport.az xəbər verir ki, dənizkənarı bulvar, Əhəd Yaqubov küçəsində baş tutacaq tədbir iki gün – 10 və 11 iyunu əhatə edəcək. İyunun 10-da saat 10:00-dan 15:00-a qədər dövlət qurumlarının əməkdaşları avarçəkmə məşqləri keçəcəklər. İyunun 11-də saat 11:00-dan 15:00-a qədər isə yarışlar keçiriləcək. Yarış iştirakçıları 1 və 2 nəfərlik kayak qayıqlarında şəxsi və komanda birinciliyi şəklində olmaqla 200 metr məsafəyə mübarizə aparacaqlar.