- Baxış sayı: 34
- 13 Noyabr 2024 21:56
- Baxış sayı: 67
- Noyabr 12, 2024
- 0
Gənclər və idman nazirliyi ilə kanoe və avarçəkmə federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında yarış keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, 29 sentyabrda bulvar ərazisində AKAF-ın binasının qarşısında iştirakçılar fərdi və komanda şəklində olmaqla, 1 və 2-nəfərlik kayak qayıqlarında 200 metr məsafədə mübarizə aparacaqlar.
Sentyabrın 28-i saat 10:00-dan 15:00-dək komandaların ümumi məşqi keçiriləcək. Sentyabrın 29-u saat 10:00-da yarışın rəsmi açılış mərasimi başlayacaq. 11:30-dan etibarən isə yarış start götürəcək.
Qaliblər medal, diplom və hədiyyələrlə təltif ediləcəklər.