- Baxış sayı: 68
- 17 Fevral 2026 19:29
- Baxış sayı: 316
- Mart 12, 2026
- 0

Martın 12-də gənclər və idman nazirliyi ilə Azərbaycan atletika federasiyasının birgə təşkilatçılığı ilə Bakı atletika mərkəzində dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 8 dövlət qurumunu təmsil edən 30 nəfər (19 kişi, 11 qadın) iştirak edib.
Qadınlar arasında 60 metr məsafəyə qaçışda FHN-in əməkdaşları Mələkxanım Məmmədova və Zəkiyyə Kərimli, həmçinin XİN-in nümayəndəsi İlkanə Qasımova fərqləniblər. Kişilər arasında 60 metr məsafəyə qaçışda İlkin Əlizadə (FHN) birinci, Gündüz Cəfərzadə (ƏƏSMN) ikinci, Rüstəm Rüstəmov (SOCAR) üçüncü yeri tutublar.
Qadınlar arasında 400 metr məsafəyə qaçışda Mələkxanım Məmmədova (FHN) birinci, Sima Səfərova (FHN) ikinci, İlkanə Qasımova (XİN) üçüncü olublar. Kişilər arasında 800 metr məsafəyə qaçışda Cəlal Süleymanov (FHN) birinci, İlqar Məmmədov (FHN) ikinci, Pərviz Aslanov (“Azer Gold” QSC) üçüncü yeri tutublar.
Qadınlar arasında uzunluğa tullanma yarışında Xalidə Cəfərova (SOCAR) birinci, Zəkiyyə Kərimli (FHN) ikinci, Zərifə Məmmədova (SOCAR) üçüncü pillədə qərarlaşıblar. Kişilər arasında isə Rüstəm Rüstəmov (SOCAR) birinci, Yevgeni Kasilov (FHN) ikinci, Gündüz Cəfərzadə (ƏƏSMN) üçüncü yerə layiq görülüblər.