Dünya azərbaycanlılarının həmrəylik gününə atletika yarışı

Dünya azərbaycanlılarının həmrəylik gününə və Tofiq Qarayevin mükafatı uğrunda “Dynamic new athletics” adlı turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, 2008-2011-ci il təvəllüdlü uşaqlar arasında Bakı atletləri ilə yanaşı, 5 rayondan – Gəncə, Bərdə, İsmayıllı, Xızı, Astaradan da komandalar iştirak ediblər.

Yekun nəticəyə görə, müxtəlif kateqoriyalar üzrə fərdi yarışlarda Kənan Bayramov, Dəmir Çobanzadə, Bahar Mustafayeva, Nihad Abbasov, Mehri Nadirova, Emilya İsgəndərova, estafet yarışlarında Oksana Cəlilova – Şahin Məmmədli, komanda yarışında Kənan Bayramov – Mehri Nadirova qalib olublar.

Mükafatçılara medal, sertifikat və hədiyyələr verilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish