- Baxış sayı: 45
- 12 Noyabr 2025 20:07
- Baxış sayı: 165
- Noyabr 13, 2025
- 0

Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə taekvondoçuların dünya birinciliyinə start verilib. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci gününü Azərbaycan millisi medalla başa vurub.
Şəms Əlizadə (160 sm) 1/16 finalda Misir, sonra Serbiya və İngiltərə təmsilçilərinə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə Cənubi Koreya taekvondoçusunu məğlub edib. O, finalda qazaxıstanlı həmkarına yenilib.
Dünya birinciliyi sentyabrın 1-dək davam edəcək.