- Baxış sayı: 28
- 08 İyul 2025 11:28
- Baxış sayı: 41
- İyul 07, 2025
- 0
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı yeni qərar qəbul edilib. Allsport.az xəbər verir ki, Qətər hökumətinin rəsmisi Şeyd Xalid oyunlara qatılmaq üçün azarkeşlərdən koronavirus əleyhinə peyvəndlənmə tələb edəcəklərini deyib:
“Hazırda mundiala gələnləri immunizasiya etmək məqsədi ilə bir milyon doza koronavirus peyvəndi almaq üçün bir şirkətlə danışıqlar aparırıq. Bizim əsas məqsədimiz vətəndaşların və bütün azarkeşlərin sağlamlığını qorumaqdır”.
DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.