- Baxış sayı: 23
- 25 Yanvar 2026 13:42
- Baxış sayı: 28
- Yanvar 25, 2026
- 0

AFFA prezidenti Rövşən Nəcəf DÇ-2026-nın püşkatma mərasimində iştirak üçün ABŞ-nin paytaxtı Vaşinqtonda səfərdə olan zaman Özbəkistan futbol assosiasiyasının (UFA) vitse-prezidenti Rövşən İrmatovla görüşüb.
Allsport.az xəbər verir ki, görüş zamanı 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatının təşkili və keçirilməsi ilə bağlı müxtəlif məsələlər, eləcə də assosiasiyalar arasında müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi müzakirə olunub.