- Baxış sayı: 56
- 02 Oktyabr 2024 09:57
- Baxış sayı: 60
- Oktyabr 08, 2024
- 0
Milli olimpiya komitələri assosiasiyası (ANOC) futbol üzrə dünya çempionatının iki ildən bir təşkili ehtimalına münasibət bildirib.
Allsport.az xəbər verir ki, ANOC-un prezidenti vəzifəsini icra edən Robin Mitçell məsələ ilə bağlı açıqlama verib.
Funksioner dəyişikliyin milli olimpiya komitələrinin yerli federasiyalarına təsir edəcəyini və bu səbəbdən narahat olduqlarını söyləyib. Onun sözlərinə görə, mundiala iki ildən bir ev sahibliyi etmək qitə yarışlarına, həmçinin gender bərabərliyinə və oyunçuların sağlamlığına da təsir göstərəcək.
Növbəti dünya çempionatı 2022-ci il 21 noyabr – 18 dekabrda Qətərdə keçiriləcək. Yarış hazırda 4 ildən bir təşkil olunur.