• Ça. İyl 5th, 2022

Dünya çempionatının püşkü nə vaxt atılacaq?

İyn 22, 2022

İyulun 6-da futzal üzrə dünya çempionatı-2024-ün Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılacaq. Allsport.az saytı xəbər verir ki, millimiz mübarizəyə buradan başlayacaq. Qitə üzrə 36 komanda elit-raunda yüksəlmək uğrunda yarışacaq. Yekunda isə 7 (əgər mundial Avropa ölkələrindən birində keçirilməsə) komanda final mərhələsində Avropa qitəsini təmsil etmək hüququ qazanacaq.

Mundiala evsahibliyi edəcək ölkənin adı bilinməsə də, bu iddiada olan federasiyaların bir neçəsi müəyyənləşib. Asiyadan İran və Hindistan, Afrikadan Mərakeş, Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi futbol assosiasiyaları konfederasiyasından isə ABŞ, Meksika və Qvatemala 2024-cü ildə final mərhələsini qəbul etmək üçün müraciət ediblər.

Millimiz ilk dəfə 2016-cı ildə təşkil edilən dünya çempionatının final mərhələsində iştirak edib və yekunda 5-ci yeri tutub. Bu mərhələdə 24 komanda iştirak edir ki, onlardan 23-cü seçmə mərhələlərdən vəsiqəni təmin edir, təşkilatçı ölkə isə birbaşa finalçılara qoşulur.

AllEscortAllEscort