Dünya çempionuna 30 aylıq cəza

Dünya çempionu Obi İqbokve antidopinq qaydalarını pozduğu üçün cəzalanıb. Allsport.az xəbər verir ki, Amerikanı təmsil edən idmançı 30 ay müddətinə diskvalifikasiya edilib.

24 yaşlı idmançıdan 2020-ci il mayın 26-da götürülən analiz nümunəsi pozitiv çıxıb.

Obi İqbokve 2019-cu ildə Dohada keçirilən atletika üzrə dünya çempionatında 4×400 metr məsafə üzrə qarışıq estafet yarışında qalib olub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish