Dünya güləş birliyi Paris-2024 üçün təsnifat qatdasını açıqlayıb

Allsport.az saytı xəbər verir ki, Tokio olimpiadasında olduğu kimi, növbəti “dördillik”də də 18 (6 sərbəst, 6 yunan-Roma, 6 qadın güləşi) çəkidə 288 idmançı çıxış edəcək. Hər dərəcədə 16 güləşçi mübarizə aparacaq. Yenə hər ölkənin idmançıları üçün 3 lisenziya turniri olacaq. 2023-cü ilin sentyabrın 16-dən 2024-cü ilin mayın 12-dək – 8 aylıq dönəmdə 288 vəsiqə öz sahibini tapacaq.

İlk lisenziya yarışı gələn ilin sentyabrında keçiriləcək dünya çempionatı olacaq. Bu dəfə fərq ondadır ki, hər olimpiya çəkisində 6 yox, 5 idmançı Paris-2024-də iştirak hüququ qazanacaq. Medalçılarla yanaşı, bürünc medal görüşündə məğlub olan 2 güləşçi arasında keçiriləcək qarşılaşmanın qalibi Paris oyunlarına vəsiqə qazanacaq.

2024-cü ildə isə əvvəlcə hər qitə üzrə təsnifat turnirlərinin finalçıları olimpiadada yerini təmin edəcək. Sonuncu lisenziya yarışı mayda baş tutacaq. Dünya ələməsində hər çəkidə 3 idmançı Paris-2024-ə bilet əldə edəcək. Finalçılarla yanaşı, 3-cü yer uğrunda görüşün qalibi lisenziya qazanacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish