- Baxış sayı: 35
- 04 Dekabr 2024 22:48
- Baxış sayı: 104
- Dekabr 05, 2024
- 0
Dünya Güləş Federasiyasının prezidenti Nenad Laloviç milli federasiyalara məktub ünvanlayıb. Allsport.az saytı xəbər verir ki, məktubda 14-22 sentyabrda Qazaxıstan paytaxtındadünya çempionatında yer alacaq hakimlərin adları göstərilib. Sitat:
“Bilginiz olsun ki, siyahi artiq tamamlanib. Sizlər Nur-Sultanda keciriləcək yarişa seçilmis referilərin siyahısı ilə asağidakı mətndə tanış ola bilərsiniz. Hakimler çempionat boyunca orda olacaq ve onların idarəçili Tokio-2020 olimpiadası üçün diqqətə yoxlanilacaq və təhlil olunacaq. UWW nümayəndələri ayın 11-də, ədalət təmsilçiləri sentyabrın 12-də orda olmalıdırlar.
Federasiyalardan bunları nəzərə alaraq, müxtəlif ölkələrdən secilmis hakimləri 9 avqustadək təsdiq etmələri tələb olunur. Əks halda, tesdiqlənmə geciksə, hər hansı bir hakimin istirakı və ya əvəzlənməsi mümkün olmayacaq”.
Xatırladaq ki, Dünya Güləş Federasiyasının siyahısında 1 həmyerlimiz, Asif Şirəliyev yer alıb. Lisenziyalı bu dünya çempionatında özünü yaxşı tərəfdən göstərən 50 hakim Tokio oyunlarına təyinat alacaqlar.